Mobil versiya
Süni intellektin tətbiqində ixtisar olunacaq şəxslərə dəstək verilsin - TƏKLİF
Tarix: 03-03-2026 | Saat: 11:26
Bölmə:Manşet / Parlament | çapa göndər

Süni intellektin tətbiqində ixtisar olunacaq şəxslərə dəstək verilsin -

"Rəqəmsallaşdırma və süni intellektin bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsirini nəzərə alaraq, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının öyrənilməsi, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanması, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı Ombudsman Səbinə Əliyeva deyib.

Ombudsman qeyd edib ki, bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi əsas şərtlərdəndir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2026