Mobil versiya
Mehriban Əliyevanın deputat mandatına xitam verilib
Tarix: 06-03-2017 | Saat: 16:21
Bölmə:Gündəm / Manşet | çapa göndər

Mehriban Əliyevanın deputat mandatına xitam verilib



Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu il fevralın 21-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024