Mobil versiya
Zorakılığa məruz qalan uşaqların statistikası
Tarix: 06-03-2017 | Saat: 12:56
Bölmə:Gündəm | çapa göndər

Zorakılığa məruz qalan uşaqların statistikası

Zorakılığa məruz qalmış uşaqların siyahısı açıqlanıb.

"Azercell Telecom" şirkətindən verilən xəbərə görə, fəaliyyət göstərdiyi bu illər ərzində "Qaynar xətt"ə ümumilikdə 18 140 zəng daxil olub ki, onlardan 2163-ü hüquqi, 3583-ü psixoloji, 453-ü səhiyyə , 4757-si təhsil, 6137-si sosial, 1047-si isə digər müraciətlərlə bağlı olub. Bu müraciətlərdən 12 045-i şəhərdaxili, 5778-i mobil, 152-si mobil-sms, 165-i isə elektron məktubla edilib. Təkcə 2016-cı il yanvar-dekabr ayları ərzində “Uşaq Qaynar Xətt”inə 3516 zəng daxil olub.

“Uşaq Qaynar Xətt” xidmətinə zorakılıqla bağlı 987 müraciət daxil olub. Müraciətlərə əsasən zorakılıq qurbanı olan uşaqlar aşağıdakı təsnifat üzrə qeydiyyata alınıblar: psixoloji zorakılığa məruz qalmış uşaq və gənclər – 486 nəfər, fiziki zorakılığa məruz qalmış uşaq və gənclər – 30 nəfər, cinsi zorakılığa məruz qalmış uşaq və gənclər – 11 nəfər, etinasızlığa məruz qalmış uşaq və gənclər – 460 nəfər təşkil edib. Zorakılıqla bağlı “Qaynar Xətt”ə müraciət edənlərin 571 nəfəri qız, 416 nəfəri isə oğlan olub.

Bununla belə, 2014-cü ildə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin tərkibində yaranan “Gəncə Regional Uşaq Qaynar Xətt” xidmətindən 2 il ərzində 926 uşaq yararlanıb ki, onun da 353-ü 2016-cı ilin payına düşür.

“Uşaq Qaynar Xətt”in əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətindən daha çox dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalmış, fiziki və əqli qüsurlu qaçqın və məcburi köçkün uşaqlar istifadə edirlər. Yaradılan qaynar xətt xidmətinə müraciət edən uşaqların anonimliyi qorunur. Bu da onların daha səmimi olmasına şərait yaradır. “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir.

Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatı "Qaynar Xətt Xidməti"nə müraciət edə bilərlər.

Qeyd edək ki, “Azərbaycan Uşaq Qaynar Xətt”i 2010-cu ildə "Azercell" dəstəyi ilə yaranıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024