Mobil versiya
Ümid edirik ki, Zəngəzur dəhlizi ən qısa zamanda həyata keçiriləcək - Fuat Oktay
Tarix: 25-02-2026 | Saat: 14:51
Bölmə:Siyasət | çapa göndər

Ümid edirik ki, Zəngəzur dəhlizi ən qısa zamanda həyata keçiriləcək -

Zəngəzur dəhlizinin son razılaşmalardan sonra tərəflərlə birlikdə yenidən hərəkətə keçdiyini görməkdən son dərəcə məmnunuq.

aia.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

“Bu, əslində həm regionda sülhə, həm də bölgənin inkişafına töhfə verəcək güclü bir layihədir. Eyni zamanda türk dünyasını birləşdirə biləcək mühüm təşəbbüsdür. Bu layihə təkcə Naxçıvanla Azərbaycan arasında deyil, həm də Türkiyə ilə Azərbaycan və ümumilikdə türk dünyası arasında əlaqələri gücləndirəcək. Region baxımından isə bütün ölkələrin inkişafına xidmət edəcək bir layihədir. Gürcüstan da buna daxildir.

Gələcəkdə bölgədə sülh tam təmin olunarsa, bu layihə Rusiya və İran üçün də daha güclü və sabit bir gələcəyə zəmin yarada bilər. Ümid edirik ki, bu layihə ən qısa zamanda həyata keçiriləcək”, - o , bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026