Bakıda qardaş bacısını ata mülkünə görə bıçaqladı
Tarix: 25-06-2015 | Saat: 07:37
Bölmə:Parlament / Manşet | çapa göndər
Bacısını bıçaqlayan qardaş: "Bacım özü özünü vurub".
Ötən gün Bakının Yasamal rayonunda qardaş bacısını bıçaqlayıb. ANS PRESS-in məlumatına görə, hadisə dünən saat 18 radələrində qadının evində baş verib.
Bıçaq xəsarətləri alan 44 yaşlı Arifə Abbasova xəstəxanaya aparılıb. Qadının vəziyyəti ağır olduğu üçün dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Arifə Abbasova bildirib ki, qardaşı tərəfindən vurulub. Qadının şikayəti əsasında şübhəli şəxs qismində saxlanılan 42 yaşlı T.B. bacısının yalan danışdığını bildirib. O, bacısının intihar məqsədilə öz-özünü bıçaqladığını vurğulayıb: "Bacım yalan deyir. Mən onu vurmamışam. Bacım özü özünü bıçaqlayıb".
Qeyd edək ki, Arifə Abbasova ailəli olub. Həyat yoldaşı ölüb. Hazırda 2 övladı ilə birlikdə yaşayır. Onunla qardaşı arasında ata mirası üstündə mütəmadi olaraq mübahisə olub. Qadın qardaşının onu məhz bunun üsyündə vurduğunu deyib.
Faktla bağlı araşdırma aparılır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024