Mobil versiya
"Azərbaycan və Serbiya interregional əməkdaşlıqda mühüm rol oynayırlar" - Hikmət Hacıyev
Tarix: 16-02-2026 | Saat: 13:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Azərbaycan və Serbiya interregional əməkdaşlıqda mühüm rol oynayırlar" -

Azərbaycan Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Serbiyanın interregional əməkdaşlığı ilə bağlı paylaşım edib.

aia.az xəbər verir ki, diplomat bu barədə "X" sosial media hesabında yazıb.

"Azərbaycan və Serbiya strateji tərəfdaşlar və yüksələn orta güclər kimi interregional əməkdaşlıqda da mühüm rol oynayırlar - Azərbaycan Cənubi Qafqazda / daha geniş Xəzər hövzəsində, Serbiya isə Balkanlarda yerləşir.

Zəngəzur Dəhlizi / TRIPP təşəbbüsü Daha Geniş Xəzər / Mərkəzi Asiya ilə Balkan regionları arasında əlaqəliliyin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır", - o bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə