Mobil versiya
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
Tarix: 13-02-2026 | Saat: 12:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial media hesabında Azərbaycan tərəfindən Ukraynaya göstərilən növbəti humanitar yardım barədə paylaşım edib.

aia.az xəbər verir ki, Yuri Qusev paylaşımında Azərbaycanın Ukraynaya qarşı nümayiş etdirdiyi sarsılmaz mövqeyə görə xüsusi təşəkkürünü bildirib:

"Azərbaycandan göndərilən generatorlar artıq İrpin şəhərinə çatdırılıb. Çatdırılma prosesi Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və Kiyev vilayətinin rəhbəri Mikola Kalaşnikin birbaşa nəzarəti ilə həyata keçirilib. Bu texniki avadanlıqlar şəhərin su təchizatı sisteminin fasiləsiz fəaliyyətini təmin edəcək. Azərbaycanın Ukraynaya göstərdiyi sarsılmaz və davamlı dəstəyə görə minnətdarıq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə