Mobil versiya
ABŞ səfirliyi: Vensin Şəhidlər Xiyabanını ziyarət etməsi hörmətin ifadəsidir
Tarix: 11-02-2026 | Saat: 11:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

ABŞ səfirliyi:

Vens ailəsinin Şəhidlər Xiyabanını ziyarət etməsi Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir.

aia.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkədə paylaşımında deyilir.

Qeyd olunub ki, fevralın 11-də ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.

"Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı", - paylaşımda deyilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2026