Mobil versiya
Azər Kərimli: “Azərbaycan ABŞ-nın biznes dairələri ilə səmərəli əməkdaşlıq mexanizmləri formalaşdırıb”
Tarix: 10-02-2026 | Saat: 11:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Azərbaycan ABŞ-nın biznes dairələri ilə səmərəli əməkdaşlıq mexanizmləri formalaşdırıb”

“Fevralın 9-da ABŞ Ticarət Palatasının nümayəndə heyətinin cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi Bakı–Vaşinqton münasibətlərinin strateji mahiyyətini və gələcəyə hesablanmış əməkdaşlıq gündəliyini bir daha aydın şəkildə ortaya qoydu. Qəbul zamanı səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq iqtisadi sistemdə özünəinamlı, açıq və praqmatik tərəfdaş kimi mövqeyini təsdiqlədi. Müstəqillik əldə etdiyi ilk illərdən etibarən Azərbaycan xarici tərəfdaşlığa açıq siyasət yürüdərək beynəlxalq şirkətlərlə, xüsusilə ABŞ biznes dairələri ilə səmərəli əməkdaşlıq mexanizmləri formalaşdırıb. Bu yanaşma ölkəyə həm investisiya cəlbediciliyi, həm də qlobal iqtisadi proseslərdə etibarlı tərəfdaş reputasiyası qazandırıb. ABŞ şirkətlərinin uzun illər ərzində Azərbaycanın enerji, infrastruktur və xidmət sektorlarında uğurla fəaliyyət göstərməsi bu siyasətin praktik nəticəsidir.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.


Millət vəkili bildirib ki, iki ölkə arasında münasibətlərin institusional səviyyədə daha da möhkəmləndirilməsi ötən ilin avqustunda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ilə yeni mərhələyə qədəm qoyub: “Bu sənəd yalnız siyasi niyyət bəyanatı deyil, eyni zamanda ticarət, investisiya, enerji, süni intellekt, müdafiə sənayesi və innovativ texnologiyalar üzrə konkret əməkdaşlıq istiqamətlərini ehtiva edən yol xəritəsidir. Son aylarda Azərbaycan tərəfindən Vaşinqtona göndərilən çoxsaylı hökumət nümayəndə heyətləri də intensiv siyasi dialoqun və qarşılıqlı marağın göstəricisidir. Davosda baş tutmuş son yüksək səviyyəli görüş isə əlaqələrin şəxsi etimada və qarşılıqlı hörmətə əsaslandığını nümayiş etdirdi. Bu kontekstdə Ölkə Prezidenti cənab İlham Əliyevin ABŞ Prezidenti ilə birbaşa təmasları münasibətlərin region üçün nə qədər əhəmiyyətli olduğunu açıq şəkildə göstərdi. Yeni əməkdaşlıq gündəliyində kommunikasiya texnologiyaları, süni intellekt və data mərkəzlərinin yaradılması xüsusi yer tutur. Bu sahələrin prioritet elan edilməsi Azərbaycanın yalnız xammal ixracatçısı deyil, eyni zamanda rəqəmsal transformasiyanı hədəfləyən müasir iqtisadiyyat qurmaq niyyətində olduğunu göstərir. Azərbaycanın bu istiqamətdə üstünlükləri kifayət qədərdir: əlverişli coğrafi mövqe, formalaşmış tranzit infrastrukturu və sabit enerji təminatı. Ölkənin mürəkkəb geosiyasi şəraitdə yaratdığı neft və qaz boru kəmərləri, dəmir yolları və elektrik xətləri bu gün də regional və qlobal layihələrin əsas dayaqlarındandır. Bundan əlavə, Azərbaycanın daxili istehlakdan artıq olan və hələ tam istifadə edilməyən elektrik enerjisi ehtiyatları yeni texnoloji və sənaye layihələri üçün mühüm üstünlük yaradır. Eyni zamand nəqliyyat və logistika sahəsində görülən işlər Azərbaycanın regional bağlantı mərkəzi rolunu gücləndirir. Dəniz limanının yükaşırma imkanlarının əhəmiyyətli dərəcədə artırılması Orta Dəhlizin iqtisadi cəlbediciliyini yüksəldir və ABŞ biznesi üçün yeni bazarlara çıxış imkanları yaradır. Beləliklə, Ölkə Prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu baxış Azərbaycan–ABŞ münasibətlərinin uzunmüddətli, dayanıqlı və qarşılıqlı faydaya əsaslanan inkişaf trayektoriyasını aydın şəkildə ifadə edir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2026