Mobil versiya
Naxçıvanın yeni Baş naziri kimdir? - DOSYE
Tarix: 09-02-2026 | Saat: 11:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Naxçıvanın yeni Baş naziri kimdir? -

Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin qərarı ilə Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.

aia.az-ın məlumatına görə, Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub.

Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini,

2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Dövlət qulluğunun müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Evlidir, iki övladı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2026