Nazirlikdə müşavirə keçirilib
Tarix: 03-03-2017 | Saat: 16:38
Bölmə:Gündəm | çapa göndər
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə müşavirə keçirilib.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunan müşavirədə Almaniyanın Azərbaycandakı səfirliyi, Alman-Azərbaycan Xarici Ticarət Palatası və ölkədə fəaliyyət göstərən alman şirkətlərinin nümayəndələri iştirak ediblər.
Müşavirədə almanların Azərbaycanda məskunlaşması və fəaliyyəti müxtəlif millətlər arasında qarşılıqlı anlaşma və birgəyaşayışın bariz nümunəsi kimi qiymətləndirilərək, onlar tərəfindən yaradılan irs ölkədəki multikultural mədəni irsin bir hissəsi olaraq nəzərdən keçirilib.
Azərbaycanda mövcud olan alman izlərinə, alman mədəni irsinə, verilən dəyər və onların qorunması istiqamətində görülən və həyata keçirilməsi planlaşdırılan işlər barədə məlumat verilib.
Mədəniyyət və turizm naziri Ə.Qarayev Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin 2016-2017-ci illər üçün YUNESKO-nun əlamətdar hadisələrin və görkəmli şəxslərin yubileyləri proqramına daxil edilməsi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncam barədə danışıb.
Əlamətdar yubileyin qeyd olunması istiqamətində nazirliyin təkliflərini müşavirə iştirakçılarının diqqətinə təqdim edən Ə.Qarayev sözügedən tədbirlərin həyata keçirilməsində səfirlik, Alman-Azərbaycan Xarici Ticarət Palatası və alman şirkətlərini əməkdaşlığa dəvət edib.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024