“900-ə yaxın azərbaycanlı terrorçulara qoşulub” – DTX rəisi
Tarix: 03-03-2017 | Saat: 16:04
Bölmə:Gündəm / Karusel | çapa göndər
“Azərbaycan müxtəlif təhlükələrin olduğu məkanda yerləşir”. AzVision.az-ın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buna baxmayaraq Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir: “Dünyanın təhlükəsizliyini ciddi təhdid edən radikalizmlə mübarizə ölkəmiz üçün ciddi məsələdir. Prezident İlham Əliyev apardığı məqsədyönlü Azərbaycan beynəlxalq aləmdə öz yerini tutub, etibarlı tərəfdaş olub. 2017-ci il Azərbaycanda İslam Həmrəliyi İli elan edilib.
Dini radikalizmə meyillərin artması ilə bağlı bəzi neqativ hallar baş verir. Təəssüf ki, əksəriyyəti gənclər olan 900-ə yaxın Azərbaycan vətəndaşı terrorçu təşkilatlara qoşulub. Onların bəziləri öldürülüb, bəzi də Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb. Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024