Mobil versiya
“Sülh Şurasının Nizamnaməsi”nə hansı ölkələr imza atdı? - SİYAHI
Tarix: 23-01-2026 | Saat: 09:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Sülh Şurasının Nizamnaməsi”nə hansı ölkələr imza atdı? -

Məlum olduğu kimi, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Qəzzanın müharibədən sonrakı bərpası və idarə olunmasını hədəfləyən tarixi “Sülh Şurasının Nizamnaməsi” imzalanıb.

aia.az xəbər verir ki, sözügedən şura Qəzzanın demilitarizasiyası, yenidən qurulması və bölgəyə beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi kimi kritik məsələlərə nəzarət edəcək.

Qeyd edək ki, sənədə imza atan ölkələr arasında Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Ermənistan, Argentina, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Paraqvay, Kosovo, Səudiyyə Ərəbistanı və Özbəkistan yer alıb.

Xatırladaq ki, “Sülh Şurası” Qəzzada keçid dövrünün idarə edilməsi və investisiyaların cəlb olunması üçün əsas beynəlxalq platforma rolunu oynayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2026