Mobil versiya
17 xarici hərbi attaşe Azərbaycan Ali Hərbi Məktəbinə getdi
Tarix: 02-03-2017 | Saat: 18:07
Bölmə:Gündəm | çapa göndər

17 xarici hərbi attaşe Azərbaycan Ali Hərbi Məktəbinə getdi

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri martın 2-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar.


Modern.az xəbər verir ki, on dörd dövləti təmsil edən hərbi attaşelik aparatının on yeddi nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib və onları maraqlandıran suallar cavablandırılıb.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024