Mobil versiya
Ərəblərlə farslar Azərbaycandakı bütün hotelləri "ZƏBT ETDİ"
Tarix: 02-03-2017 | Saat: 17:22
Bölmə:Gündəm / Karusel | çapa göndər

Ərəblərlə farslar Azərbaycandakı bütün hotelləri "ZƏBT ETDİ"

"Bakıdakı otellərin hamısında martın axırına qədər bütün yerlər bronlaşdırılıb".

AİA.Az xəbər verir ki, bunu publika.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Novruz bayramı ilə əlaqədar olaraq ölkəyə gələn turist siyahısında İran birinci yerdə olacaq: "Hər il olduğu kimi bu il də İrandan gələn turistlərin Novruz bayramını keçirmək üçün Azərbaycana üstünlük verəcəyini müşahidə edəcəyik. Bu il tək gələnlər növbəti il dost-tanışlarını da gətirirlər. Ona görə də İrandan gələn turistlərin sayı ildən-ilə artır. Hətta birbaşa aviareyslər də təşkil edilir. Həmçinin, Rusiya və ərəb ölkələrindən də turist axını gözləniləndir. Lakin İraqdan gələn turist sayında azalma ola bilər. Çünki əvvəl İraqdan gələn turistə hava limanında viza verilirdi. İndi bu proses dəyişdirilib, ona görə də bu ölkədən gələnlərin sayında azalma mümkündür".
M.Ağakərimov onu da əlavə edib ki, Bakıya gələcək turistlərin bölgələrə də gedəcəyi istisna edilmir:

"Çünki onlar Bakıya gələndən sonra regionlara da üz tutacaq. Müvafiq turizm şirkətləri turistlərin qarşılanma və yerləşdirmə işlərini həyata keçirirlər. Elə şirkətlər var ki, hətta birbaşa ərəb turistlərlə işləyirlər. Ölkəyə gələn turistlərin rahat yerləşdirilməsi üçün 2-3 ulduzlu hotellərin, hostellərin inşasına ehtiyac var. Bu işlərə təcili başlanmalıdır. Əks halda turistlər məcbur qalıb fərdi evlərdə yerləşəcəklər. Bu həm turistin təhlükəsizliyinin təminatı və vergi məsələsində problemlər yarada bilər".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə