Mobil versiya
Ramil Usubov işdən çıxardığı polkovnikə YENİ VƏZİFƏ verdi
Tarix: 02-03-2017 | Saat: 14:11
Bölmə:Gündəm / Karusel | çapa göndər

Ramil Usubov işdən çıxardığı polkovnikə YENİ VƏZİFƏ verdi


Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlov yeni vəzifəyə təyinat alıb.


AİA.Az report-a istinadən xəbər verir ki, S.Gözəlov DİN-in Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilib.

Xatırladaq ki, bu ilin yanvar ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024