Mobil versiya
Milli Məclisin yaz sessiyasının vaxtı açıqlandı
Tarix: 14-01-2026 | Saat: 09:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Milli Məclisin yaz sessiyasının vaxtı açıqlandı

Milli Məclisin yaz sessiyası fevralın 2-də başlayacaq.

aia.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il fevralın 1-i bazar gününə təsadüf etdiyi üçün yaz sessiyası fevralın 2-də başlayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə