Mobil versiya
"Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb" - Prezident
Tarix: 12-01-2026 | Saat: 16:44
Bölmə:Siyasət | çapa göndər

"Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb" -

Bu gün Azərbaycanda əhalinin qazlaşma səviyyəsi 96 %-ə çatıb.

aia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

"Biz qazlaşma məsələlərini böyük dərəcədə həll etmişik. Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb. Mən bunu deməklə yaşayış məntəqələrini yox, əhalini nəzərdə tuturam. Əhalinin 96 %-i bu gün təbii qazla təchiz edilib", - İlham Əliyev qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir: "Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi, - bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək, - Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə