Ziya Məmmədovun sabiq müşaviri məhkəməyə gəlmədi
Tarix: 01-03-2017 | Saat: 19:27
Bölmə:Gündəm | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevə və onun qızlarına məxsus külli miqdarda qızıl-zinət əşyalarını mənimsəmədə ittiham olunan Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb.
AİA.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Məhkəmə prosesi martın 9-a kimi təxirə salınıb.
İttihama görə, Rövşən Əhmədov qohumu Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur. Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib.
İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl manetləri ələ keçirib.
Təqsirləndirilən R.Əhmədov isə ittihamları qəbul etmir.
Qeyd edək ki, sözügedən cinayət işi artıq dörd aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsindədir. Əvvəlcə bu işə Rasim Sadıxovun sədrlik elədiyi hakimlər heyəti baxırdı. Ötən ilin dekabr ayında vəkil Adəm Məmmədovun hakimə etirazla bağlı vəsatəti əsasında R.Sadıxov prosesdən uzaqlaşdırıldı. Sonradan cinayət işi hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyaya verildi.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024