Mobil versiya
Prezident aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib
Tarix: 06-01-2026 | Saat: 14:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin ötən il dekabrın 19-da qəbul etdiyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib.

aia.az xəbər verir ki, dəyişiklik "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun icrası ilə əlaqədardır.

Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində edilmiş dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısından kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin adı çıxarılıb.

Dəyişiklikdə həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda quyuların, istixanaların, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin tikilməsinə də icazə tələb olunması qeyd edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2026