Xocalı soyqırımı tarixin qanlı səhifəsidir
Tarix: 01-03-2017 | Saat: 12:51
Bölmə:Gündəm | çapa göndər

Fevralın 24-də AMEA-nın Əsas binasında bu qurumun Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AHİ-nin sədri, iqtisad üzrə elmlər doktoru İsa Alıyev iclası açaraq Xocalı soyqırımının ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdiyi ən qəddar və dəhşətli cinayət olduğunu bildirib. Qeyd edib ki, bu gün dünyanın bir çox ölkələri Xocalıda baş verən dəhşətli qətliamı soyqırımı kimi tanıyıb və bununla bağlı rəsmi sənədlər qəbul olunub.
Qətliamın tarixi aspektləri haqqında məlumat verən professor İ.Alıyev bildirib ki, tariximizə qanla yazılan Xocalı faciəsi heç zaman unudulmayacaq.
Sonra Xocalı şəhərinin polis rəisi olmuş Sabir Məmmədov çıxış edərək soyqırımın qarşısını almaq üçün gördüyü işlərdən, şahidi olduğu hadisələrdən danışıb.
Tədbirdə AHİ-nin sədr müavini, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Ədəbiyyat İnstitutunun Həmkarlar Komitəsinin sədri, filologiya elmləri doktoru Asif Rüstəmli, Fizika İnstitutunun aparıcı elmi işçisi Rəhim Ələkbərov və jurnalist Rauf İlyasov ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin miqyasından danışıblar. Qeyd olunub ki, Xocalı soyqırımı zamanı dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib, əsir götürülən insanlar dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalıb, tarix və mədəniyyət abidələrimiz məqsədli şəkildə məhv edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024