Mobil versiya
Sosial mənzillərin verilmə QAYDASI açıqlandı
Tarix: 01-03-2017 | Saat: 12:32
Bölmə:Gündəm / Karusel | çapa göndər

Sosial mənzillərin verilmə QAYDASI açıqlandı

Hövsan qəsəbəsində ayrılan torpaq sahəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi binalarda 3100-3300 yaşayış mənzili olacaq.
AİA.Az APA-ya istinadən xəbər verir ki, bunu MİDA-nın direktoru Samir Nuriyev "Caspian Euopean Club"da çıxışı zamanı bildirib.

S.Nuriyev bildirib ki, ümumiyyətlə, vətəndaşlara veriləcək evlərlə bağlı qeydiyyat növbəlilik prinsipi əsasında olmayacaq: "Tez qeydiyyatdan keçən daha tez mənzilə sahib olacaq. Mənzillər tam təmirli, mətbəx mebeli ilə birgə veriləcək. Yaşayış massivləri hazır olduqdan sonra onların idarəedilməsi ilə bağlı MİDA MMC öz təkliflərini verəcək".

Onun sözlərinə görə, Bakının 3, Sumqayıtın isə 1 ASAN xidmət mərkəzlərində MİDA əməkdaşları vətəndaşların suallarını cavablandırmaq, onları məlumatlandırmaq üçün olacaqlar

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə