Mobil versiya
"Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub" - Ceyhun Bayramov
Tarix: 26-12-2025 | Saat: 15:26
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub" -

2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub.

aia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilmiş xarici siyasət çox zəngin olub:

"Azərbaycan beynəlxalq müstəvidə mövqeyini gücləndirib, diplomatik təmsilçiliyini genişləndirib. 2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub. Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq, vasitəçilik səyləri ölkənin nüfuzunun daha da güclənməsinə töhfə verib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2026