Prezident İlham Əliyev: Qurucu və Qalib Lider!
Tarix: 23-12-2025 | Saat: 22:26
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bu gün Azərbaycan dövlətçilik tarixində heç zaman olmamış qədər güclü və qüdrətlidir. Ölkəmiz müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi nailiyyətlər əldə edir, parlaq uğurlar qazanır. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin səmərəli həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.
Ölkəmizin inkişaf yolunda inamla və ardıcıl şəkildə irəliləməsi, milli maraqların bütün dövrlərdə əsas istiqamət kimi müəyyən olunması güclü Lider faktorunun mövcudluğu ilə birbaşa bağlıdır. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi və gələcək taleyi artıq təkcə iqtisadi resurslarla deyil, çevik qərarvermə qabiliyyəti, uzaqgörən strateji baxış və qətiyyətli siyasi iradə ilə müəyyən olunur. Fenomenal liderlik və strateji qərarvermə bacarığı sayəsində ölkəmizi sülh və sabitlik məkanına çevirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya siyasi arenasında qətiyyətli addımlarla irəliləyən, yüksək nüfuza, söz sahibinə çevrilmiş və daha güclü Azərbaycan naminə apardığı müdrik siyasət dövlətimizin formalaşmasının ilk mərhələsindən başlayaraq bugünkü güclü və sabit mövqeyədək keçilən yolun əsas dayağına çevrilmişdir. Bu amillər cəmiyyətin birliyini möhkəmləndirən, daxili sabitliyi təmin edən və xalqın gələcəyə olan inamını gücləndirən strateji resurs kimi çıxış edir.
Bunu aia.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-cü ilə prezident vəzifəsinə seçildikdən sonra Azərbaycan xalqına verdiyi bütün vədləri və qarşıya qoyduğu bütün vəzifələri uğurla icra etdi. Artıq Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük gələcəyə və yeni uğurlara doğru inamla irəliləyir. Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə Prezident İlham Əliyevin 20 illik quruculuq fəaliyyətinin Zəfər zirvəsidir. 30 il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən Müharibəsində erməni işğalından azad olundu, ərazi bütövlüyümüz, suverenliyimiz və tarixi ədalət bərpa edildi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində və antiterror əməliyyatlarında düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.
Millət vəkili qeyd etdi ki, qalib dövlət statusu, artan beynəlxalq nüfuz, təhsilli və intellektual cəmiyyətin formalaşması, böyük iqtisadi potensial və yüksələn rifah müasir dövrün əsas sosial-iqtisadi nəticələrini xarakterizə edən fundamental göstəricilərdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf edib. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdı. Bu nailiyyətlərin uzunmüddətli və sistemli inkişaf strategiyasının məntiqi nəticəsi kimi meydana çıxdığını qeyd edən millət vəkili vurğuladı ki, onlar ölkə iqtisadiyyatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidini təmin edən möhkəm institusional və sosial əsaslar rolunu oynayır.
Fikirlərinin davamı olaraq, Tamam Cəfərova bildirib ki, növbəti strateji dövrdə “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənəcəkdir. Bu əsasda qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcəkdir. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcəkdir. Yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir. İdeologiyanın nüvəsində yaradıcı sahibkar, məhsuldar investisiyalar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur. Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə (2022‒2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salınacaqdır. 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaqdır.
Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığı bugünkü davamlı inkişaf bütövlükdə kompleks tədbirlərin həyata keçirilməsinə əsaslanır. Suverenliyimizin tam bərpa olunmasının yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa və quruculuq işlərini Azərbaycanın iqtisadi imkanlarının təqdimatı kimi dəyərləndirən millət vəkili qeyd edib ki, bunun bariz təsdiqi Qarabağda və Şərqi Zəngəzurda qısa müddətdə ölçüyəgəlməz işlərin görülməsidir. Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın yeni strateji hədəfləri qalib dövlət kimi şanlı Zəfərdən, Böyük Qayıdışdan və sülh gündəliyindən qaynaqlanır. Bu gün Cənubi Qafqazda söz sahibi olan ölkəmiz regional miqyasda ədalətin, sülhün və əməkdaşlığın təminatçısıdır. İndi bütün dünya regional liderliyimizi və bölgədə formalaşdırdığımız yeni reallıqları qəbul edir. Son illər ərzində müasir qlobal çağırışların yüksək səviyyədə cavablandırılması, dövlət başçısının mötəbər beynəlxalq tədbirlərdə, dünyanın önəmli liderləri ilə görüşlərdə verdiyi bəyanatlar, xüsusilə cari il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması ölkəmizin Avro-Atlantik məkanda etibarlı tərəfdaş və mühüm strateji mərkəz kimi qəbul olunmasının bariz göstəricisidir.
Tamam Cəfərova hesab edir ki, Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, məqsədyönlü siyasəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi, xalq-dövlət monolit birliyi gələcəyə inamımızı, qurub-yaratmaq ruhumuzu daha da gücləndirir: Möhtərəm Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edirəm, qüdrətli Azərbaycan naminə yorulmaz fəaliyyətində uğurlar arzu edirəm.
Yaşasın Müzəffər Ali Baş Komandanımız!
Yaşasın Qüdrətli Azərbaycan Ordusu!
Yaşasın Qalib Azərbaycan Xalqı !
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-04-2026
18-04-2026