Mobil versiya
Azər Kərimli: “Cənab Prezident İlham Əliyevin idarəçilik modeli rasional siyasi düşüncə, milli ləyaqət duyğusu və modern liderlik etikasının sintezindən ibarətdir”
Tarix: 19-12-2025 | Saat: 18:29
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Cənab Prezident İlham Əliyevin idarəçilik modeli rasional siyasi düşüncə, milli ləyaqət duyğusu və modern liderlik etikasının sintezindən ibarətdir”

“Müasir Azərbaycan dövlətçiliyinin inkişaf xəritəsini anlamaq üçün cənab Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin formalaşdığı yola nəzər salmaq lazımdır. Birmənalı olaraq qeyd etmək lazımdır ki, dövlət başçımızın siyasi portreti qətiyyən təsadüfi şəkildə formalaşmayıb. Uzun illər ərzində toplanmış akademik biliklər, beynəlxalq mühitdə əldə edilən idarəçilik təcrübəsi və nəhayət, dövlətçilik məsuliyyəti ilə zənginləşmiş kompleks bir inkişaf yolu bu portretin əsas cizgilərini təşkil edən amillərdir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı elmi fəaliyyəti cənab İlham Əliyevin qlobal siyasətin nəzəri əsaslarını mənimsəməsinə imkanı veribsə, 1990-cı illərdə topladığı idarəçilik təcrübəsi onun iqtisadi düşüncə tərzini daha çevik və rasional edib. Dövlət Neft Şirkətində rəhbər vəzifələrdə çalışması, Milli Məclisin üzvü kimi qanunvericilik prosesinə yaxından bələdliyi isə cənab İlham Əliyevə dövlət idarəçiliyini həm daxildən, həm də beynəlxalq müstəvidən bütöv şəkildə görmək imkanı yaradıb.”

Bu sözləri aia.az açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.


Fikirlərini davam etdirən millət vəkili daha sonra cənab Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətindən bəhs edərək, həmin dövrün dövlət başçımızın siyasi liderliyinin beynəlxalq ölçüsünü müəyyənləşdirən ən mühüm mərhələlərdən biri olduğunu vurğulayıb: “AŞPA-da fəaliyyəti zamanı cənab Prezident daim Azərbaycanın mövqeyini müdafiə etdi. Beləliklə, cənab İlham Əliyevin 2003-cü ildə ölkə rəhbərliyinə gəlməsi sadəcə seçki hadisəsi kimi deyil, artıq formalaşmış bir liderin tarixi zərurətə çevrilmiş yüksəlişi kimi baş verdi. Azərbaycan seçicisinin artıq 22 ildən çoxdur ki, cənab Prezident İlham Əliyevə göstərdiyi davamlı və sarsılmaz dəstək bu liderliyin təsadüfi olmadığının ən ciddi təsdiqidir. 2003, 2008, 2013 və 2018-ci illərdəki seçkilər dövlət başçımızın siyasi kursunun ardıcıl şəkildə legitimləşdiyini, xalqın dövlət siyasətinə verdiyi yüksək qiyməti nümayiş etdirirdi. Bununla belə məhz 2024-cü ilin “Zəfər seçkisi” Azərbaycan tarixində tamamilə yeni mərhələ açdı. İlk dəfə olaraq Azərbaycan Prezidenti ölkənin bütün ərazilərində – Şuşadan Xankəndiyə, Xocalıdan Ağdərəyə qədər – vahid seçki məkanında seçildi. Bu seçki adi siyasi prosesdən daha artıq məna daşıyırdı. Bu, dövlət suverenliyinin tam bərpasının, tarixi ədalətin reallığa çevrilməsinin simvolu idi. Cənab İlham Əliyevin 92,12 faizlə qalib gəlməsi isə xalqın qələbəni qazanmış və qələbəni qoruyacaq liderliyə göstərdiyi misilsiz etimadın daha bir təzahürü oldu. Cənab Prezident İlham Əliyevin idarəçilik modeli rasional siyasi düşüncə, milli ləyaqət duyğusu və modern liderlik etikasının sintezindən ibarətdir. O, Azərbaycan siyasətinə yeni davranış nümunəsi gətirdi. Faktlara söykənən analiz, emosional populizmdən uzaq praqmatik qərarlar, milli maraqları üstün tutan, lakin qlobal reallıqları düzgün qiymətləndirən liderlik. Dövlət başçısının gətirdiyi bu yanaşma ölkədə siyasi mədəniyyətin keyfiyyətcə yenilənməsinə səbəb oldu: siyasi partiyalar arasında yeni dialoq platforması yarandı, parlamentdə həmrəylik mühiti gücləndi, siyasi münasibətlər qarşıdurmadan əməkdaşlığa doğru transformasiya etdi. Bu liderlik modeli Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə də ciddi təsir göstərdi. Son illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi, Qoşulmama Hərəkatında sədrlik, COP29 kimi qlobal tədbirlərin ölkəmizdə təşkili, türk dünyası ilə strateji müttəfiqliyin güclənməsi Azərbaycanın regional gücdən qlobal aktora çevrilməsinin nəticələridir. Bunu isbatlayan mühüm faktlardan biri də cənab Prezident İlham Əliyevin ABŞ Prezidentinin təşəbbüsü və dəvəti ilə cari ilin avqustun 7-də Vaşinqtona etdiyi rəsmi səfər nəticəsində əldə edilən nəticələr olmuşdur. Bu səfər həqiqətən də tarixi əhəmiyyət kəsb edən bir hadisə idi. Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin Ağ Evdə keçirilməsi rəsmi Vaşiqtonun bu gün artıq Cənubi Qafqazda gedən proseslərə tamamilə fərqli prizmadan yanaşdığını deməyə əsas verir. Prezident Trampın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətində göstərdiyi səyləri düzgün şəkildə yüksək qiymətləndirməsi və bir çox başqa amillər ölkələrimiz arasında artıq Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair qərar verilməsinə şərait yaratdı. Beləliklə, cənab Prezident İlham Əliyevin siyasi xətti bu gün təkcə indiki dövrü deyil, gələcək onillikləri də müəyyənləşdirən strateji düşüncə sistemidir. Məhz buna görə də Azərbaycan Prezidentinin fəaliyyəti artıq təkcə idarəçilik deyil, müasir Azərbaycan dövlətçiliyinin intellektual konsepsiyası kimi qəbul edilir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2026