Güneydən məktub var: Əli Rəştbər Qayıbın şeirləri
Tarix: 18-12-2025 | Saat: 10:14
Bölmə:Karusel / Manşet / Özəl / Yazar4 | çapa göndər

Güneyli şair qardaşımız Əli Rəştbər Qayıb redaksiyamızla müntəzəm əlaqə saxlayır. Azərbaycan türkcəsində 9 şeirlər kitabının müəllifi olan Əli Qayıb bu günlərdə yeni şeirlərini göndərib. Özünəməxsus üslubda yazıb yaradan şairin şeirlərini oxucuların ixtiyarına veririrk.
Şair
Sözləri dəfn olar özündnən qabaq,
Ömrünü şeirlə bölməsə şair.
Yazıb yaratdığı düşər nəzərdən,
Qəlbinin pasını silməsə şair.
Şairlik o kəsdən qaçaqdır, qaçaq,
Möhnətə kədərə açmasa qucaq.
Elin yaddaşına hardan hopacaq?
Elin kədərinə ölməsə şair.
Zatında ləkə var qara zəy kimi,
Zülmət qaranlığa düşən göy kimi,
Kimə şair kimi kimə bəy kimi,
Xitab etməsini bilməsə şair.
Gərəkdir ki düz anlaya düz qana,
Haqqın ocağında od tutub yana.
Hardan ağlayacaq qoca halına,
Körpə gülüşünə gülməsə şair.
Bulud kükrəmsə ,cökməsə duman,
Çiçək də, bülbül də olar pərişan.
Şair ola bilməz el gülən zaman,
Qayıb tək ilhama gəlməsə şair.
Qoy yatım
Astaca səsləmək oyatmır dostum,
Yapış qollarımdan silkələ məni.
Yamanca qarışıb son yuxularım,
Dart, köz ələyinə tök, ələ, məni.
Çillədən toxunub çevrəmə hasar,
Titrəyir içimdə bir nakam bahar.
İblisin saçını daraqlayanlar,
Evimdə çəkiblər çəngələ məni.
Ayağım çibandir, dodağım uçuq,
Həkimim namazda, yaramsa açıq.
Vurublar ağzıma bir ovuc palçıq,
Döndəriblər quru heykələ məni.
Mən ki bu şəhərdə həmişə şərrəm,
Neylirəm yaxşısın ya pisin görəm.
Elə yatmışam ki “of” da demərəm,
Qoşalar cöngəyə, ya kələ məni.
Leşim yorqun düşüb yol yaxasında,
Eşiyi çul, içi xan çuxasında.
Daha qərq olmuşam daş yuxusunda,
Oyatma! Qoy yatım, kölgələ məni.
Dostum
Yağışlı könlümü düşün dərk elə,
De, duman gəlsməin örüşə, dostum.
Ürəyim yerində durmur bir anlıq,
Yaman tələsirəm görüşə, dostum.
Buludun gözünü möhkəm sıxardın,
Nə varsa arada, dağı yıxardın,
Təpən üstə yəqin gəlib çıxardın,
Bilsəydın düşmüşəm nə işə, dostum.
Bu necə məktəbdir necə oxul ki?
Ürək də bir belə olmaz paxıl ki!
Mən hansı ocağa düşüm dəxil ki,
Mənim də dərdimə yetişə, dostum.
Gəl ki səmalardan baxanda tarı,
Eşqi yaratmaqdan gəlməsin arı.
Gözüm gözlərindən öpməsə, barı-
Sözüm sözlərinlə öpüşə, dostum.
Dərdimi çəkməkdən acizdir çəki,
Nə vardır zirvəsi nə vardır təki,
Gecə gəl, gündüz gəl, nə fərq edər ki?
Gözüm yollarında həmişə dostum!
Duymadı halımı nə ney, nə tütək,
Bilmirəm nə zaman bu dərd bitəcək?
Qərarım kəsilib Kənan piri tək,
Yusifi tez gətir təşvişə, dostum.
Kül olub səbrimin zil qara simi,
Sızlayır səsində doqquz Nəsimi.
Görüm kafəri də bu Qayıb kimi,
Nə yana bu dərdə, nə düşə, dostum.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər
Tarix: 18-12-2025 | Saat: 10:14
Bölmə:Karusel / Manşet / Özəl / Yazar4 | çapa göndər

Güneyli şair qardaşımız Əli Rəştbər Qayıb redaksiyamızla müntəzəm əlaqə saxlayır. Azərbaycan türkcəsində 9 şeirlər kitabının müəllifi olan Əli Qayıb bu günlərdə yeni şeirlərini göndərib. Özünəməxsus üslubda yazıb yaradan şairin şeirlərini oxucuların ixtiyarına veririrk.
Şair
Sözləri dəfn olar özündnən qabaq,
Ömrünü şeirlə bölməsə şair.
Yazıb yaratdığı düşər nəzərdən,
Qəlbinin pasını silməsə şair.
Şairlik o kəsdən qaçaqdır, qaçaq,
Möhnətə kədərə açmasa qucaq.
Elin yaddaşına hardan hopacaq?
Elin kədərinə ölməsə şair.
Zatında ləkə var qara zəy kimi,
Zülmət qaranlığa düşən göy kimi,
Kimə şair kimi kimə bəy kimi,
Xitab etməsini bilməsə şair.
Gərəkdir ki düz anlaya düz qana,
Haqqın ocağında od tutub yana.
Hardan ağlayacaq qoca halına,
Körpə gülüşünə gülməsə şair.
Bulud kükrəmsə ,cökməsə duman,
Çiçək də, bülbül də olar pərişan.
Şair ola bilməz el gülən zaman,
Qayıb tək ilhama gəlməsə şair.
Qoy yatım
Astaca səsləmək oyatmır dostum,
Yapış qollarımdan silkələ məni.
Yamanca qarışıb son yuxularım,
Dart, köz ələyinə tök, ələ, məni.
Çillədən toxunub çevrəmə hasar,
Titrəyir içimdə bir nakam bahar.
İblisin saçını daraqlayanlar,
Evimdə çəkiblər çəngələ məni.
Ayağım çibandir, dodağım uçuq,
Həkimim namazda, yaramsa açıq.
Vurublar ağzıma bir ovuc palçıq,
Döndəriblər quru heykələ məni.
Mən ki bu şəhərdə həmişə şərrəm,
Neylirəm yaxşısın ya pisin görəm.
Elə yatmışam ki “of” da demərəm,
Qoşalar cöngəyə, ya kələ məni.
Leşim yorqun düşüb yol yaxasında,
Eşiyi çul, içi xan çuxasında.
Daha qərq olmuşam daş yuxusunda,
Oyatma! Qoy yatım, kölgələ məni.
Dostum
Yağışlı könlümü düşün dərk elə,
De, duman gəlsməin örüşə, dostum.
Ürəyim yerində durmur bir anlıq,
Yaman tələsirəm görüşə, dostum.
Buludun gözünü möhkəm sıxardın,
Nə varsa arada, dağı yıxardın,
Təpən üstə yəqin gəlib çıxardın,
Bilsəydın düşmüşəm nə işə, dostum.
Bu necə məktəbdir necə oxul ki?
Ürək də bir belə olmaz paxıl ki!
Mən hansı ocağa düşüm dəxil ki,
Mənim də dərdimə yetişə, dostum.
Gəl ki səmalardan baxanda tarı,
Eşqi yaratmaqdan gəlməsin arı.
Gözüm gözlərindən öpməsə, barı-
Sözüm sözlərinlə öpüşə, dostum.
Dərdimi çəkməkdən acizdir çəki,
Nə vardır zirvəsi nə vardır təki,
Gecə gəl, gündüz gəl, nə fərq edər ki?
Gözüm yollarında həmişə dostum!
Duymadı halımı nə ney, nə tütək,
Bilmirəm nə zaman bu dərd bitəcək?
Qərarım kəsilib Kənan piri tək,
Yusifi tez gətir təşvişə, dostum.
Kül olub səbrimin zil qara simi,
Sızlayır səsində doqquz Nəsimi.
Görüm kafəri də bu Qayıb kimi,
Nə yana bu dərdə, nə düşə, dostum.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Xəbəri paylaş
Digər xəbərlər
02-02-2026

















































