Azərbaycan Dubaya ət satacaq
Tarix: 28-02-2017 | Saat: 09:58
Bölmə:Gündəm / Karusel | çapa göndər
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində keçirilən "Gulfood 2017" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər tərəfindən maraqla qarşılanır.
AİA.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən qafqazinfo-ya daxil olan xəbərə görə, xüsusi tərtibatda hazırlanan 128 kvadratmetrlik Azərbaycan stendində nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə Azərbaycanın yerli məhsulları - meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim edilir.
Sərgi çərçivəsində Azərbaycanın "Azprotein" şirkəti ilə BƏƏ-nin "General Trading Company" şirkəti arasında Dubaya ət ixracına dair müqavilə imzalanıb.
Bundan başqa, Azərbaycanın "Asico" şirkəti Küveytə meyvə-tərəvəz, "AHEC" şirkəti Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq ixracına dair təkliflər alıb, "Astara tea" və "Kercom" isə Dubaya çay və bal ixracına dair ərəb şirkətləri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Gulfood 2017" sərgisi martın 2-dək davam edəcək. İqtisadiyyat Nazirliyi tərəfindən sərgidə iştirak edəcək şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 24 şirkət "Gulfood 2017"də iştirak etmək hüququ qazanıb. "Gulfood 2017" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
18:02 “Qarabağ Azərbaycandır!”