Mobil versiya
Bu gün Od çərşənbəsidir
Tarix: 28-02-2017 | Saat: 09:41
Bölmə:Gündəm / Manşet | çapa göndər

Bu gün Od çərşənbəsidir


Novruz bayramı dörd əsas çərşənbəni - su, od, yel və torpaq çərşənbələrini özündə birləşdirir. Bunlardan ikincisi od çərşənbəsidir. Buna bəzən xalq arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə insan odu nə qədər əzizləsə bir o qədər yüngül olar, çətinlikləri azalar.
Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Odun, tonqalın olması istiliyin rəmzidir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlanılırdı. Çünki Zərdüşt tərəfindən yaradılan "Avesta” kitabındakı odun müqəddəsliyi və insanların ona inamı, sitayişi tarix boyu özünü çox güclü göstərmişdir. Bakının Suraxanı qəsəbəsində yerləşən "Atəşgah” məbədi buna əyani misaldır.

Tonqal haqqında ümumi məlumatlara "Kitabi-Dədə Qorqud” dastanında rast gəlmək mümkündür. Burada tonqala olan münasibət və onun müqəddəsliyi haqqında danışılır. Deməli, hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunmuşdur. Xalqın həm şad, həm də kədərli günündə tonqal köməyə gəlmiş, müjdəçi, carçı rolunu oynamışdır.

Od çərşənbəsinə və oda aid, ümumiyyətlə, bir çox atalar sözləri və məsəllər də vardır. "Odu su ilə söndürmək olmaz”, "Od çərşənbəsində ocağı boş qoymazlar” və s.

Ümumiyyətlə, Novruz bayramı özündə insana və bəşəriyyətə faydalı olan ən gözəl ünsürləri birləşdirərək, əcdadlarımızın dünyagörüşünü, düşüncə tərzini özündə əks etdirir.

Novruz müjdəçiləri olan yel və torpaq çərşənbələrində də torpağımızda ocaqlar çatılacaqdır.

Od çərşənbəniz mübarək!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə