Mobil versiya
Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü - FOTO
Tarix: 11-12-2025 | Saat: 11:18
Bölmə:Manşet / Media | çapa göndər

Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü -

Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Suriya Ərəb Respublikasının informasiya naziri Həmzə Əl-Mustafa arasında ikitərəfli görüş keçirilib.

aia.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, informasiya axınının genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin formalaşdırılması, dialoqun genişləndirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026