Mobil versiya
Azərbaycan Müdafiə Nazirliyi ATƏT-in bəyanatını şərh etmir
Tarix: 26-02-2017 | Saat: 23:40
Bölmə:Gündəm / Karusel | çapa göndər

Azərbaycan Müdafiə Nazirliyi ATƏT-in bəyanatını şərh etmir




"Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı haqqında bilirik, amma onu şərh etməyəcəyik".

Bunu Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Azərbaycanın ağır texnikasının qoşunların təmas xəttinə yeridilməsi ilə bağlı virtualaz.org-un sualını şərh edərkən deyib.

Artıq xəbər verdiyimiz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsi zonasında yaranmış son vəziyyətlə bağlı bəyanat yayıblar.

Həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) tərəfindən yayılmış birgə bəyanatda tərəflərdən hərbi texnikanı təmas xəttindən geri çəkmək və həlak olanların cəsədlərini götürməyə imkan yaratmaq tələb olunur.

Həmsədrlər bildiriblər ki, fevralın 25-də təmas xəttində atəşkəsin ciddi şəkildə pozulması qeydə alınıb və hər iki tərəfdən insan tələfatı olub.

Azərbaycan Müdafiə Nazirliyi də dünən təmas xəttindəki toqquşma zamanı ordumuzun şəxsi heyəti arasında itkilər haqda məlumat verdi. Məlumata görə, həlak olmuş əsgər və zabitlərin cəsədləri sutka boyunca neytral zonada qalıb. Və dünəndən etibarən Azərbaycan və Ermənistan ağır texnikanı qoşunların təmas xəttinə çəkiblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə