Mobil versiya
Minsk qrupunun ləğvi Azərbaycanın diplomatiya tarixində mühüm mərhələdir
Tarix: 04-12-2025 | Saat: 10:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

Minsk qrupunun ləğvi Azərbaycanın diplomatiya tarixində mühüm mərhələdir

"ATƏT 2025-ci il sentyabrın 1-də Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra qəbul edilmiş Nazirlər Şurasının MC.DEC/1/25 qərarına uyğun olaraq, 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb”.

Azərbaycanın mövqeyinin nəticəsi olaraq ATƏT çərçivəsində 57 ölkənin konsensusla verdiyi qərar Minsk qrupu və ona bağlı strukturların rəsmi şəkildə ləğvini təmin edir. Bu fakt Azərbaycanın mövqeyinin legitimliyinin və beynəlxalq miqyasda qəbul edildiyinin aydın göstəricisidir.

8 avqustda tarixi Vaşinqton görüşündə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsi təsdiqləndi. Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək ATƏT-ə birgə müraciət etməyə məcbur qaldı.

Prezident İlham Əliyevin prinsipial diplomatik addımları nəticəsində qrupun tam ləğvi də təmin olundu. Minsk qrupunun ləğvi Azərbaycanın diplomatiya tarixində mühüm mərhələdir. Bu hadisə Azərbaycanın qətiyyətli və ardıcıl diplomatik xətti nəticəsində əldə olunmuş böyük siyasi uğurdur.
Ermənistanın sülh müqaviləsinə imza atmaq üçün edəcəyi növbəti əsas addım isə Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımaq və bunun üçün Müstəqillik Bəyannaməsi və Konstitusiyasının Preambula hissəsinə labüd dəyişiklikləri etməsidir.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026