Mobil versiya
İşdən çıxarıldığı deyilən həkimdən AÇIQLAMA
Tarix: 25-02-2017 | Saat: 18:04
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

İşdən çıxarıldığı deyilən həkimdən AÇIQLAMA

Son günlər saxta diplom qalmaqalı ilə gündəmə gələn "Zəfəran Hospital"ın həkimi Günay Qasımova bu gün klinikadan yola salınıb.

AİA.Az qafqazinfo-ya daxil olan məlumata görə, klinika rəhbəri bundan sonra G.Qasımovayla birgə işləmək istəmədiyini bildirib.

Qeyd edək ki, bu məsələni Kyoto universitetinin hospitalında həkim işləyən Vüsal Əliyev gündəmə gətirib: "İstanbul Universiteti Tibb Fakültəsi Daxili xəstəliklər və Endokrinologiya bölümündə bu adda xanım uzmanlıq təhsili almayıb. Sadəcə, 21.07.2014-21.04.2015 tarixlərində, yəni cəmi 9 ay kənardan izləməklə staj keçib.

Tam əmin olmaq üçün, İstanbul Universitetinin dekanı və prorektoru ilə əlaqə saxlanıldı, bu uzmanlıq diplomu saxtadır. Özünün Facebook səhifəsində də, İstanbul Universitetində 4 il təhsil aldığı yazılıb, halbuki 9 ay staj keçib. Üstəgəl, diplomda Türkiyənin səhiyyə nazirinin soyadı yanlış yazılıb".

Xatırladaq ki, qafqazinfo məsələ ilə bağlı "Zəfəran Hospital"da çalışan Günay Qasımova ilə əlaqə saxlayıb. O bildirib ki, yazılanlardan xəbərdardır: "Haqqımda o məlumatları paylaşanlar məhkəməyə veriləcək. Mən artıq İstanbul universitetinə bu barədə müraciət etmişəm. Sadəcə, prosedur qaydalarına görə iki həftədən sonra mənə rəsmi cavab veriləcək".

Günay Qasımova qafqazinfo-ya açıqlamasında bildirib ki, onun haqda yayılan məlumatlar həqiqəti əks etdirmir: "Kim deyir ki, işdən çıxarılmışan? Belə bir şey olmayıb".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024