Mobil versiya
Pakistanın Baş naziri Mikayıl Cabbarovu qəbul etdi
Tarix: 26-11-2025 | Saat: 10:13
Bölmə:Manşet / Siyasət | çapa göndər

Pakistanın Baş naziri Mikayıl Cabbarovu qəbul etdi

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu Barədə aia.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, qəbul zamanı vurğulanıb ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müxtəlif istiqamətlər üzrə intensiv inkişaf edir və iqtisadi əməkdaşlığa mühüm töhfələr verir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, imzalanan sənədlər hər iki ölkə üçün faydalı işbirliyi baxımından mühüm önəm kəsb edir. Bununla yanaşı, investisiya üzrə birgə fəaliyyət, eləcə də digər iqtisadi istiqamətlər üzrə əməkdaşlıq üçün geniş potensial var.

Tərəflər ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikir mübadiləsi aparıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026