Əli Əhmədov cəbhədəki döyüşlərdən danışdı
Tarix: 25-02-2017 | Saat: 12:43
Bölmə:Siyasət / Karusel | çapa göndər
Cəbhədə belə bir təxribatın məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törədilməsi ermənilərin təxribatçı xislətindən xəbər verir.
AzVision.az -ın xəbərinə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ötən gündən başlayaraq, ermənilər tərəfindən cəbhədə yenidən təxribatların törədilməsinə münasibət bildirərkən deyib.
“Ermənistanın müxtəlif bəhanələrlə tez-tez təxribatlar törətməsi yenilik deyil. Təəssüf hissi ilə qeyd edirəm ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib. Heç görünür əl çəkmək də istəmir. Bu günə qədər ermənilər təxribatlar vasitəsilə aranı qarışdıraraq öz niyyətlərinə çatmağa cəhdlər göstəriblər”.
Baş nazirin müavini əlavə edib ki, ermənilər törətdikləri təxribata görə peşmanlıq hissləri keçirəcəklər: “Qəti inanıram ki, azərbaycan ordusu, qəhrəman əsgərləri həmişə olduğu kimi indi də erməni təxribatına layiqli cavab verəcəklər. Ermənilər də itkilər verərək törətdikləri təxribata görə peşmanlıq hissləri keçirəcəklər. Azərbaycan ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa bir təxribatlara, eləcə də daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən çıxmağa hazırdır”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024