Zeynəb Xanlarovanın müharibə çağırışına reaksiyalar
Tarix: 25-02-2017 | Saat: 12:33
Bölmə:Siyasət / Manşet | çapa göndər
Milli Məclisin ötən gün keçirilən plenar iclasında millət vəkili Zeynəb Xanlarova müharibə çağırışı edib.
O, bildirib ki, işğal olunmuş torpaqlarımızı azad etmək üçün birdəfəlik müharibə etməliyik: “Neçə illərdir ki, hamı çıxış edir. Bunlar nə üçündür? Özümüz deyib, özümüz də eşidirik. Müharibə edərək torpaqlarımızı azad etməliyik. 25 ildə xeyli gəncimiz şəhid olub. Niyə belə olmalıdır?
ATƏT-in Minsk qrupunun addımını gözləməli deyilik. Ermənilə bizim ərazimizi işğal edib, evimizə girib. Hər dəfə şəhid xəbəri gələndə elə bilirəm, balalarım ölür. Nə vaxta qədər dözməliyik? Onlar müsəlmanların düşmənləridir. Birdəfəlik müharibə etməliyik. Biz öz torpaqlarımız uğrunda vuruşacayıq”.
Z.Xanlarovanın bu çağırışına ilk münasibət Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. Sədr müavini vurğulayıb ki, müharibə ilə bağlı qərar vermək ali baş komandan İlham Əliyevin səlahiyyətindədir: “Azərbaycan prezidenti İlham Əliyev sülh danışıqları aparmaqla yanaşı müharibəyə də hazırlaşır. Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platformasına üzv olub. Düşünürəm ki, Zeynəb xanım sülh çərçivəsindən çıxış edərək bu cür deyir”.
Z.Xanlarovanın müharibə çağırışı geniş müzakirələrə səbəb olub.
Politoloq Fikrət Sadıqov millət vəkilinin çıxışını AzVision.az-a şərh edərək deyib ki, deputatların bu məsələyə səmimi yanaşması nəticəsində belə mövqelərin, rəylərin səslənməsi təbii qarşılanmalıdır.
“Zeynəb Xanlarovanın çıxışını, çağırışını normal qəbul edirəm. Həqiqətən 20 ildən artıq davam edən münaqişə, işğal olunmuş torpaqlar, status-kvonun dəyişilməməsi hər bir azərbaycanlının şüuruna təsir edir. Biz bütün vasitələrdən istifadə edirik. Aprel hadisələri sübut etdi ki, biz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Sadəcə bizə maneçilik edirlər. Reallıq budur.
İşğal olunmuş torpaqlarımızın hərbi yolla azad edilməsinə gəlincə, hesab edirəm ki, bu, çox real görünür. Əgər Ermənistan bundan sonra da təxribatlardan başqa heç nə ilə məşğul olmasa, layiqli cavabını alacaq. Hərbi toqquşmalar, Azərbaycan tərəfindən assimmetrik, adekvat zərbələrimiz istisna deyil. Son zamanlar açıq şəkildə Ermənistan tərəfi təxribatlara əl atır.
İşğal olunmuş torpaqlarda saxta “referendum” keçirilər, Ermənistanda Azərbaycan qarşı çağırışlar səslənir, düşmən təmas xəttində atəşkəsin pozulma hallarının sayını artırır. Belə olan halda biz nə etməliyik? Əlbəttə, biz sülhün tərəfdarıyıq. Amma, bunlar bizi məcbur edir ki, hərbi potensialımızdan tam mənada istifadə edək”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Z.Xanlarova Milli Məclisdə çoxlarının düşündüyünü dilə gətirib: “Zeynəb Xanlarova siyasətçi deyil, parlamentdə az danışır, ancaq onun hər açıqlaması hər zaman səs salır, günün hadisəsinə çevrilir. O, Milli Məclisdə çoxlarının düşündüyünü dilə gətirib. Küçəyə çıxıb rəy sorğusu keçirsək, çoxları bu və ya digər şəkildə Zeynəb Xanlarovanın sözlərini təkrarlayacaq. Yəni deyəcəklər ki, ATƏT-in Minks Qrupu boş şeydir, bu məsələnin yalnız hərb yolu var.
Suallar səsləndirilir ki, Zeynəb Xanlarova müharibə tərəfdarıdırsa, niyə ermnəilərin də üzv olduğu Sülh Platformasına üzv olub? Onun müharibəyə çağırışı ilə Platformaya qoşulması arasında ziddiyət görmürəm. Sülh Platformasına çoxları imza atıb, ancaq bu sənədə imza atan azərbaycanlılar üzərlərinə öhdəlik götürməyiblər ki, işğalçıya təzyiq etmək olmaz. Əksinə, Zeynəb Xanlarovanın həm Sülh Platformasına qoşulması, həm də bugünkü çıxışı Ermənistana və Dağlıq Qarabağda yaşayan ermənilərə ciddi mesajdır. Mesajın mənası budur ki, Azərbaycanın tanınmış şəxsi işğalçılığın əleyhinə çıxan ermənilərlə təmasların və dialoqun tərəfdarıdır, separatizmi və işğalı davam etdirənləri isə lənətləyir və onları cəzalandırmağa tələb edir. Ermənistanda və Dağlıq Qarabağda anlasınlar ki, Zeynəb Xanlarova müharibəyə çağırış edirsə, bu tək onun fikri deyil”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024