Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 33 il ötür
Tarix: 20-11-2025 | Saat: 16:11
Bölmə:Siyasət | çapa göndər

Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Bu baxımdan böyük inam və fəxr hissi ilə qeyd edirik ki, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında dönüş nöqtəsi olaraq yeni mərhələyə yol açdı. Yeni Azərbaycan Partiyası ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Həmin dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Və belə bir zaman Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da «SƏS» qəzetində ulu öndər Heydər Əliyevə müraciət etdilər. Həmçinin, ümummilli lider Heydər Əliyevin ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubu da «SƏS» qəzetində dərc olundu. Ulu Öndər Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Və yarandığı gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 33 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Göründüyü kimi, Azərbaycan Respublikasının siyasi-ideoloji həyatında xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və məsuliyyətli yol ölkəmizdə tənəzzüldən böyük tərəqqiyə, böhrandan hərtərəfli müasir inkişafa və müasirləşməyə doğru gedişatın real mənzərəsini bütün gerçəklikləri ilə dolğun şəkildə əks etdirir. Əslində, Yeni Azərbaycan Partiyasının keçdiyi 33 illik çətin və şərəfli yol müstəqil Azərbaycan dövlətinin və xalqımızın müstəqil dövlətçilik ideallarına, Prezident İlham Əliyevin məqsədyönlü rəhbərliyi ilə ölkəmizin daha böyük sabahlarına dərin inam yoludur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "dəmir yumruğ"u ilə II Qarabağ-Vətən müharibəsində qazanılmış tarixi Zəfər qüdrətli lider faktorunun xalqın və dövlətin həyatında misilsiz rol oynadığını əyani surətdə sübut etmişdir. Müstəqil Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə böyük sürətlə inkişaf edən respublikamızda Yeni Azərbaycan Partiyasının ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının daha da genişləndirilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi, ölkədə siyasi mədəniyyətin və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, böyük quruculuq proseslərinə geniş meydan açılması, xalqımızın gələcək xoşbəxt həyatına gur işıq salır.
Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu.
Сənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.
Mahiyəddin Mazanov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2025