Yeni Azərbaycan Partiyası Ulu Öndərin işıqlı ideyalarının təbliğatçısıdır
Tarix: 20-11-2025 | Saat: 13:15
Bölmə:Siyasət | çapa göndər

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33-cü ildönümü tamam olur. Ulu Öndər Heydər Əliyevin işıqlı ideyalarının dönməz təbliğatçısı olan partiya bu müddətdə Azərbaycan xalqı qarşısında şərəf və ləyaqətlə fəaliyyət göstərib. Xalqımızın ötən illər ərzində qarşılaşdığı böyük çətinlikləri əzmlə dəf edərək yeni uğurlar qazanmasında YAP-ın mühüm rolu olub. Ölkəmizin daxili və xarici siyasət sahəsində əldə etdiyi parlaq nailiyyətlər partiyanın və xalqın sarsılmaz birliyinin göstəricisidir. Bu isə onu bir daha təsdiqləyir ki, YAP yalnız siyasi təşkilat deyil. O həm də ölkəmizdə siyasi sabitliyin və strateji inkişaf xəttinin təminatçısı kimi dünənin, bu günün və gələcəyin siyasi xəttini müəyyənləşdirib.
Partiyanın uğurlarının qazanılmasında onun fədakar üzvlərinin böyük əməyi və fəaliyyəti təqdirəlayiqdir. Hazırda cəmiyyətin aparıcı siyasi qüvvəsi olan YAP-ın ətrafında ölkənin tanınmış ziyalıları, eləcə də partiyanın gələcəyi sayılan fəal gənclər cəmləşib.
YAP-ın yaranması Azərbaycanın tarixində mühüm siyasi hadisədir. Bu təşkilat dünənin, bu günün, gələcəyin partiyası, onun banisi və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parlaq ideyalarının carçısıdır.
YAP yeni hədəflərə doğru daim inamla irəliləyir, ildən-ilə fəaliyyətini daha da təkmilləşdirir. Yeniləşmə, təkmilləşmə YAP-ın fəaliyyətinin əsasını təşkil edir. Yeni Azərbaycanın yeni lideri-Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bu gün partiyaya uğurla rəhbərlik edir. Milyonların sevgisini qazanan YAP dövlətimizin daha da qüdrətlənməsinə, xalqın rifahının yüksəlməsinə səy göstərir. Partiya bunu irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə təsdiqləyir.
2020-ci ildə Azərbaycan öz qəhrəmanlıq tarixinin ən unudulmaz salnaməsini yazdı. Qələbənin qazanılmasından sonra qısa vaxtda dövlətimizin başçısının Sərəncam və tapşırıqları ilə Böyük Qayıdışa hazırlıqla bağlı görülən genişmiqyaslı işlər ölkənin hər bir vətəndaşını qürurlandırır. Bu gün bütün Azərbaycan xalqı, o cümlədən YAP-ın sıralarında birləşən hər bir üzv qürurludur. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq və yenidənqurma işləri aparılır. Qarabağın hər guşəsi, azad Şuşa cənnətməkana çevrilir. Partiyanın üzvləri bu işlərdə öz töhfələrini verir, əllərindən gələni əsirgəmirlər.
Qarabağda tarixi Zəfərimiz fonunda Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar daha uğurlu gələcəkdən xəbər verir. Partiyanın hər bir üzvü bu uğurların, Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Qalib Azərbaycanın aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atacaq.
Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2025

jpg-1763624430.jpg)