Manaf Manafov: Xalqa xidmət dövlət idarəçiliyinin əsas meyarıdır
Tarix: 14-11-2025 | Saat: 10:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyəti başçılarını qəbul etməsi, təkcə kadr təyinatı prosesi deyil, həm də dövlət idarəetməsində etik, sosial və siyasi keyfiyyətlərin yenilənməsinin növbəti mərhələsini təsdiqlədi. Cənab Prezidentin “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” sözləri, bir tərəfdən yeni təyin olunan rəhbərlərə olan inamın ifadəsidirsə, digər tərəfdən xidmət fəlsəfəsinə çağırış kimi səsləndi.
Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, cənab Prezidentin “İlk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” çağırışı, dövlət idarəçiliyinin mahiyyətini dəqiq şəkildə ortaya qoydu. Bu, sadəcə inzibati məsələ deyil, dövlət-məmur münasibətlərinin fəlsəfəsidir. Bu fikir, Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbinin əsas prinsiplərindən biri olan “xalq dövlət üçündür, dövlət xalq üçündür” konsepsiyasının bu günə uyğun tətbiqidir. Cənab Prezidentin bu çağırışı həm də məmur-vətəndaş münasibətlərində etimadın və şəffaflığın bərpası istiqamətində ciddi siqnaldır. Prezident İlham Əliyev bir daha vurğuladı ki, rəhbər vəzifə yalnız səlahiyyət deyil, həm də məsuliyyət və mənəvi nümunə deməkdir: “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Özlərini hamıdan üstün tutan məmurlar həm öz nüfuzlarını, həm də dövlətin siyasətinə olan etimadı itirirlər.” Bu sitat dövlətin etik idarəçilik modelini təsvir edir. Məmurun davranışı, əxlaqı, ailə və cəmiyyət qarşısında tutduğu mövqe artıq şəxsi məsələ deyil, dövlətin reputasiyası ilə birbaşa bağlıdır. Cənab Prezidentin bu fikri həm də ictimai siqnal idi: “Əyri yola gedən hər bir məmur qanun qarşısında cavab verəcək.” Bu cümlə artıq illərdir aparılan antikorrupsiya siyasətinin əsas sütunlarından biridir. Mesaj aydındır – məmurun var-dövlətinə deyil, əməyinə və vicdanına dəyər veriləcək. Cənab Prezident çıxışında son illərin nailiyyətlərini də sadaladı: “Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Bütün şəhərlərdə müasir xəstəxana fəaliyyət göstərir.” Bu, “böyük tikinti” mərhələsinin “böyük keyfiyyət” mərhələsinə keçididir. Yəni, artıq məqsəd yalnız yollar çəkmək və binalar inşa etmək deyil, sosial ədalətin təmin edilməsi, vətəndaş məmnuniyyətinin artırılmasıdır. Cənab Prezidentin “əsas prinsip sosial ədalət prinsipidir” fikri dövlət siyasətinin gələcək fəlsəfəsini formalaşdırır. Əgər ötən illər “regionların inkişafı” dövrü idisə, indi bu mərhələ “ədalətli inkişaf” mərhələsinə keçib. Çıxışın ən mühüm hissələrindən biri də bu idi: “Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Qanunsuz tapşırıqlar verənlər bu gün məhkəmə qarşısında cavab verirlər.” Bu cümlə yalnız keçmişə qiymət deyil, həm də yeni idarəetmə modelinin manifestidir. Cənab Prezident burada “sağlamlaşdırma və təmizləmə siyasətinin” nəticələrini vurğuladı və eyni zamanda xəbərdarlıq etdi: “Əgər kimsə qanunsuz tapşırıq verərsə, dərhal mənə məlumat verin.” Bu, Prezident–məmur münasibətlərində birbaşa hesabat mexanizminin tətbiqi deməkdir. Dövlət başçısı burada mərkəzi və yerli idarəetmənin sinxron məsuliyyətini müəyyənləşdirdi – qanunsuz göstərişlərin aradan qaldırılması artıq şəxsən Prezident səviyyəsində nəzarətdədir. Cənab Prezident çıxışında bölgələrin sosial-iqtisadi inkişafını məşğulluq və sahibkarlığın gücləndirilməsi ilə bağladı: “İnsanları işlə təmin etmək üçün dövlət müxtəlif addımlar atır. Sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir.” Bu, iqtisadi modeldə lokal istehsalın, kənd təsərrüfatının və turizmin birləşdiyi regional iqtisadi strategiyanın davamıdır. Məmurlar üçün mesaj isə aydındır: yerli sahibkar dövlətin tərəfdaşıdır, maneə yox.
Cənab Prezident İlham Əliyev ekoloji tarazlığın qorunmasını da xüsusi vurğuladı: “Qara şəhəri Ağ şəhərə çevirdik. Qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir.” Bu sitat, Azərbaycanın yaşıl dövlət konsepsiyasının təkcə ekoloji deyil, həm də idarəçilik aspektində təzahürüdür. Göründüyü kimi cənab Prezidentin baxışı aydındır: bölgələrin inkişafı təbiətin hesabına deyil, təbiətlə harmoniyada olmalıdır. Çıxışın sonunda Prezident İlham Əliyevin fikirləri bir dövlət başçısının vətəndaşla birbaşa bağını təsdiqlədi: “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır.” Bu, müasir dövrdə Prezidentin idarəçilik konsepsiyasının əsas fəlsəfəsini-“xalqla birgə idarəetmə” modelini müəyyənləşdirir. Yeni təyinatlar, yeni yanaşma və yeni məsuliyyət əslində dövlətin bölgələrdəki simasını formalaşdıracaq. Cənab Prezident İlham Əliyevin bu çıxışı bir daha göstərdi ki, dövlət idarəçiliyində əsas ölçü vəzifə deyil, xalqın rəğbətidir. “Əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.” Bu cümlə təkcə yeni təyin olunan rəhbərlərə deyil, bütün dövlət aparatına ünvanlanmış vətəndaşlıq dərsidir-deyə Manaf Manafov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər