Gülər Sultanzadə : "Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni tarixi mərhələsinin ideoloji manifestinə çevrildi"
Tarix: 13-11-2025 | Saat: 09:58
Bölmə:Siyasət | çapa göndər

Noyabrın 8-də Bakının Azadlıq meydanı bir daha tarixi Zəfərin nəfəsi ilə doldu. Vətən müharibəsindən sonra, Qələbənin beşinci ildönümündə keçirilən Hərbi parad Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və qalib millətin əzmini dünyaya nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı bu tarixi günə xüsusi siyasi çalarlar qatdı. Mərasim təkcə ordunun gücünün deyil, həm də Azərbaycanın müstəqillik fəlsəfəsinin, suverenlik iradəsinin və dövlətçilik əzminin rəmzi kimi yadda qaldı. Cənab Prezident İlham Əliyevin çıxışı isə bu ruhun əsas siyasi və mənəvi manifesti oldu.
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Müsahibimiz deyib ki, Azadlıq meydanında üç bayraq – Azərbaycan, Türkiyə və Pakistan bayraqları yan-yana dalğalanırdı. Bu mənzərə, əslində, yeni dünya düzənində dostluq və birliyin ən güclü ifadəsi idi. Cənab Prezident İlham Əliyev qardaş ölkələrin liderlərini salamlayaraq bildirdi: “Bu gün bizim paradda əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır deməsi bütün dünyaya çox ciddi mesaj idi.” Azərbaycan-Türkiyə birliyi artıq təkcə strateji tərəfdaşlıq deyil, siyasi və mənəvi qardaşlığın nümunəsinə çevrilib. Bu birliyin təməlində duran Şuşa Bəyannaməsi regionda təhlükəsizlik və sabitlik modelinin rəmzi kimi tarixə yazıldı. Cənab Prezidentin çıxışında Pakistanla həmrəylik də xüsusi vurğulandı: “Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür.” Bu fikirlər göstərir ki, Azərbaycan diplomatiyası artıq təkbaşına deyil, regional həmrəyliyin mərkəzində duran lider ölkə kimi çıxış edir. Cənab Prezident İlham Əliyev çıxışında Vətən müharibəsinin mənəvi əsaslarına toxunaraq bildirdi ki, bu Qələbə 30 illik ədalətsizliyə qarşı xalqın cavabı idi. “Ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik.” Bu cümlə təkcə bir hadisəni deyil, bütöv bir dövrün fəlsəfəsini ifadə edir. Azərbaycanın 1990-cı illərdə yaşadığı işğal, etnik təmizləmə, Xocalı soyqırımı kimi faciələr unudulmayıb, əksinə, xalqın ruhunu daha da bərkidib. Cənab Prezidentin “Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi” sözləri illərlə davam edən prinsipial mövqeyin nəticəsində qazanılmış tarixi qələbənin mahiyyətini açır. Cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın Zəfəri təkcə hərbi güclə deyil, çoxşaxəli inkişafla təmin olunub. “Biz güclü iqtisadiyyat qurmuşduq. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil.” Məhz bu iqtisadi dayanıqlıq sayəsində ölkə öz siyasi xəttini müstəqil yürüdə bildi. Dövlət başçısı həm də xalq-iqtidar birliyinin Zəfərdə oynadığı rolu önə çəkdi: “Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir.” 44 günlük müharibədə bu birlik hər gün, hər addımda özünü göstərdi. Gənclərin fədakarlığı, ordunun peşəkarlığı, xalqın inamı bir araya gələrək tarixi Zəfəri mümkün etdi. Cənab Prezident İlham Əliyev nitqinin bir hissəsində düşmənin illərlə səsləndirdiyi hədələri xatırlatdı və bu sözlərin necə ibrət dərsinə çevrildiyini ironik və təsirli şəkildə ifadə etdi: “Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq... Əslində, onların bu arzuları həyata keçdi. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.” Bu ifadə həm tarixi ironiyadır, həm də qalibin soyuq, amma ədalətli cavabıdır. Bu ritorika Azərbaycan xalqının 30 illik səbrinin, inamının və ədalət mübarizəsinin son nəticəsini simvollaşdırır. Cənab Prezidentin paraddakı çıxışı bir daha təsdiqlədi ki, Qarabağ Zəfəri sadəcə ərazi bütövlüyünün deyil, milli kimliyin bərpasının da rəmzidir.
Azadlıq meydanında səslənən çıxış bir nitqdən daha artıq idi — bu, dövlətin öz xalqına verdiyi hesabat, gələcəyə ünvanladığı mesaj və suverenliyin bərpa olunmuş fəlsəfəsidir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır.” Bu beş il göstərdi ki, Azərbaycanın Qələbəsi bir dəfəlik hadisə deyil, daim yenilənən milli ruhdur-deyə Gülər Sultanzadə fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-04-2026