Mobil versiya
Azərbaycan və Qazaxıstan arasında sazişi təsdiq edildi
Tarix: 23-02-2017 | Saat: 19:53
Bölmə:Siyasət / Manşet | çapa göndər

Azərbaycan və Qazaxıstan arasında sazişi təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi arasında Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

AİA.Az AZƏRTAC-a istinadən bildirir ki, saziş 2017-ci il yanvarın 30-da Bakıda imzalanıb.

Dövlət Gömrük Komitəsinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Hökumətinə bildiriş göndərməlidir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024