Azərbaycan Konstitusiyası demokratik cəmiyyətin təminatçısıdır
Tarix: 12-11-2025 | Saat: 15:10
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Konstitusiyası təkcə dövlətin idarəetmə modelini müəyyənləşdirən hüquqi sənəd deyil, həm də vətəndaşın azadlığını, hüquqlarını və cəmiyyətin demokratik inkişafını təmin edən ali dəyər daşıyıcısıdır. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Əsas Qanun, Azərbaycan xalqının suveren iradəsinin, müstəqil dövlət qurmaq əzminin və humanist dəyərlərə sədaqətinin ifadəsidir. Konstitusiyanın qəbul olunması ilə ölkəmizdə hüquqi, demokratik və sosial dövlətin təməlləri qoyuldu, insan və vətəndaş hüquqları dövlət siyasətinin mərkəzinə gətirildi.
Azərbaycan dövlətçiliyinin əsas prioritetlərindən biri vətəndaşın hüquq və azadlıqlarının təminidir. Konstitusiyanın 48 maddəsi məhz insan hüquqlarına həsr olunub. Bu, müasir demokratik dövlətlərin hüquq sisteminə xas olan əsas xüsusiyyətlərdən biridir. Əsas Qanunda göstərildiyi kimi, hər bir şəxs qanun qarşısında bərabərdir. İrqindən, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar eyni hüquqlardan və azadlıqlardan istifadə edirlər. Bu, Azərbaycanın hüquqi və dünyəvi dövlət kimi dəyərlərinin təməlində duran ədalət və bərabərlik prinsipinin ən bariz təzahürüdür.
Konstitusiya həm də vətəndaş cəmiyyətinin inkişafını və insanın sosial rifahını təmin edən sistemli mexanizmləri müəyyənləşdirir. Dövlətin iqtisadi, sosial və mədəni siyasəti insanın ləyaqətini, sosial ədaləti və rifahını qorumağa yönəlib. Bu, hüquqi dövlətin ən mühüm göstəricisidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və ədalətli idarəetmə prinsiplərinin möhkəmləndirilməsi Konstitusiyanın məhz bu müddəalarına əsaslanır.
Azərbaycanın Konstitusiyası həm də dinamik bir sənəddir. Cəmiyyətin və dövlətin inkişafına uyğun olaraq ona edilmiş əlavə və dəyişikliklər, demokratik dəyərlərin və vətəndaş hüquqlarının daha da möhkəmləndirilməsinə yönəlib. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində hüquqi, sosial və idarəetmə sahələrində mühüm yeniliklər həyata keçirilib. Xüsusilə 2016-cı ildə Konstitusiyada aparılan dəyişikliklər dövlət orqanlarının səmərəli fəaliyyətinə, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət edən yeni mexanizmlər yaradıb.
12 noyabr – Konstitusiya Günü bu mənada təkcə hüquqi bayram deyil, həm də milli düşüncə, dövlətçilik şüuru və vətəndaş məsuliyyətinin təntənəsidir. Hər bir Azərbaycan vətəndaşı üçün bu gün, dövlətin ən böyük dəyəri – insanın hüquq və azadlığının qorunduğu bir cəmiyyətin simvoludur.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2025