Mobil versiya
Azərbaycan Respublikasının Dövlət Bayrağı – milli kimliyimizin və müstəqilliyimizin əbədi rəmzi
Tarix: 07-11-2025 | Saat: 09:52
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Dövlət Bayrağı – milli kimliyimizin və müstəqilliyimizin əbədi rəmzi

Azərbaycan xalqının minillik dövlətçilik ənənələrinin şanlı simvolu olan üçrəngli Dövlət Bayrağı, milli kimliyimizin, tarixi yaddaşımızın və müstəqillik arzularımızın ən ali ifadəsidir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsdiqlənmiş bu bayraq, azadlığın, suverenliyin və dövlətçilik düşüncəsinin ideoloji təcəssümüdür. Cümhuriyyət baniləri bu bayraq vasitəsilə türkçülük, müasirlik və islam mədəniyyəti ideyalarını birləşdirərək Azərbaycan xalqının tarixini, mənəviyyatını və gələcəyini simvolik şəkildə bir bayraqda yaşatmışlar.
Müstəqilliyin bərpasından sonra üçrəngli bayrağımız yenidən xalqın qürur simvoluna çevrilmiş, Azərbaycanın bütün dövlət rəmzləri içərisində ən müqəddəs mövqeyə yüksəldilmişdir. Bu gün ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutduqca, bayrağımız da dünya səviyyəsində nüfuz qazanır. Dövlət qurumları, məktəblər, hərbi hissələr və diplomatlarımız bu bayraq altında birləşərək Azərbaycanın qüdrətini təcəssüm etdirir. Dövlət Bayrağı Meydanında ucalan nəhəng bayraq milli iradəmizin gücünü və xalqımızın əzmini bütün dünyaya göstərir.
Üçrəngli bayrağımız yalnız tariximizin yaddaşı deyil, həm də gələcəyə doğru inamla addımlayan güclü Azərbaycanın simvoludur. Bu bayraq altında birləşən xalqımız dövlətçilik iradəsini daim uca tutur, milli birlik və qürur hissi ilə gələcəyə doğru irəliləyir. Bayrağımız var olduqca Azərbaycan da var olacaq, müstəqilliyimiz əbədi yaşayacaqdır.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025