Mobil versiya
`Portakal portağallıq edib` - Turan İbrahimov
Tarix: 23-02-2017 | Saat: 16:30
Bölmə:Gündəm | çapa göndər

`Portakal portağallıq edib` - Turan İbrahimov


“FOX TV-nin aparıcısı Fatih Portakalın patoloji AKP və Ərdoğan düşməni olduğu məlumdur”.

Bu fikri deyən teleaparıcı Turan İbrahimovun sözlərirə görə, Portakal qərəzliyilə ad çıxarmış birisidir: “Müəyyən məsələlərdə fikirlərini əsaslandırmaq üçün söz oynatmağı, qavramları təhrif etməyi və nəticədə ictimai rəydə çaşqınlıq yaratmağı çox gözəl bacarır. Tam bir təxribatçıdır. Və sosial şəbəkə trollarına yaxşıca pas atmağı, həngamə qoparmağı əla bacarır. O adamın işi-gücü Türkiyədəki sağ təmayüllü siyasi cərəyanlar, indiki məqamda isə konkret olaraq Ərdoğandır. Ərdoğana ziyan olsun deyə, üçüncü dünya müharibəsi belə başlatmağa hazır olan biridir.

O ki qaldı Azərbaycanda birinci vitse-prezident təyinatı ilə bağlı şərhinə və göstərdiyi süjetə, başdan sona söz oyunu, təhrifetmə və ara qarışdırmadır. Gah deyir ki, bir qərarla filankəs təyin edildi, sonra deyir ki, Ana Yasada bir qərarla yeni maddə yaradıldı. Sonra deyir ki, referendum oldu və s. Dediklərinin hamısı bir-birilə ziddir. Burada əmin olun ki, hər zamankı kimi söz oynatmaqla fitnəkarlıq etməkdən başqa heç bir qəhrəmanlıq etməyib o adam. Qısacası, kişinin oğlu Ərdoğana başağrısı yaradıb və həm də Türkiyədəki referendum öncəsi seçiciləri çaşdırıb. Yəni hər zamankı kimi portağallıq edib".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024