Mobil versiya
BQXK əməkdaşları Lapşinlə görüşüb
Tarix: 23-02-2017 | Saat: 15:19
Bölmə:Gündəm | çapa göndər

BQXK əməkdaşları Lapşinlə görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Bakıda bloqqer Aleksandr Lapşinə baş çəkiblər.

Bu barədə bloqqerin həyat yoldaşı Yekaterina bildirib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova AzVision.az-a bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda olan bütün saxlanma yerlərinə baş çəkə bilir.

"Biz baş çəkib, gördüşüyümüz şəxslər barədə açıqlama vermirik"-deyə İ.Hüseynova qeyd edib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarusın hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024