Mobil versiya
Azərbaycanda narkomanların sayı artıb
Tarix: 22-02-2017 | Saat: 15:38
Bölmə:Qərbi Azərbaycan / Manşet | çapa göndər

Azərbaycanda narkomanların sayı artıb

Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448 nəfər olub.

Yalnız 2016-cı ildə 2142 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə isə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2017 nəfər olub.

Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.

Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 5, 18-24 yaşlı 1447, 25-29 yaşlı 4076, 30-34 yaşlı 4239, 35-39 yaşlı 4542, 40-44 yaşlı 3670, 45-49 yaşlı 3313, 50-54 yaşlı 2818, 55-59 yaşlı 2266, 60-64 yaşlı 1931, 65 yaşdan yuxarı isə 1142 nəfər narkotik istifadəçisi var.

Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) qeydiyyata alınmayıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024