Mobil versiya
Kuklaçılar “Pişiyin evi”ni qurur
Tarix: 22-02-2017 | Saat: 15:29
Bölmə:Media | çapa göndər

Kuklaçılar “Pişiyin evi”ni qurur

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir məşhur nağıl nümunəsi səhnə həyatını yaşayacaq. Belə ki, sənət ocağında məşhur uşaq yazıçısı, dramaturq və tərcüməçisi Samuil Marşakın "Pişiyin evi” nağılı hazırlanır.

Adalet.az xəbər verir ki, artıq klassikaya çevrilmiş bu ədəbi nümunə martın sonlarında kukla teatrı həvəskarlarının ixtiyarına veriləcək.
Teatrın istedadlı gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan birhissəli uşaqlar üçün tamaşa kuklalarla yanaşı canlı planda aktyor oyunu üzərində qurulur.

Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Ideyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xüdpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.
Teatrın aparıcı aktyoru, Respublikanın Əməkdar artisti Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilən tamaşada əsas obrazı da məhz yubilyar oynayacaq. Digər rolları isə teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Cavid Telman, Rəhilə İbadova, Aygül Ağayeva, Samirə Nəcəfova və Vüsal Hüseynov ifa edirlər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024