Mobil versiya
Generaldan erməni nazirə xəbərdarlıq: Sizi `Dəmir günbəz`lə məhv edərik
Tarix: 22-02-2017 | Saat: 15:13
Bölmə:Gündəm / Karusel | çapa göndər

Generaldan erməni nazirə xəbərdarlıq: Sizi `Dəmir günbəz`lə məhv edərik

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan “RİA Novosti”yə müsahibəsində bildirib ki, Qarabağ döyüşlərində lazım gələrsə, erməni tərəfi “İskəndər” raketlərindən istifadə edə bilər.

Erməni nazirin çıxışına münasibət bildirən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AzVision.az-a deyib ki, Ermənistan tərəfinin “İskəndər” raketlərini gündəmə gətirməsi birinci dəfə deyil və narahat olacaq məqam yoxdur.

Generalın sözlərinə görə, Azərbaycanda ermənilərə cavab verəcək kifayət qədər zenit-raket komplekslər, həmçinin “Dəmir günbəz” kompleksi var.

Ehtiyatda olan general-leytenant bildirib ki, düşmən tərəfinin hər bir hərəkəti nəzarət altındadır: “Azərbaycanın “Dəmir günbəz”i “İskəndər” raketlərinə tam cavab vermək imkanına malikdir. Bu kompleks “İskəndər” raketlərinə sərbəst şəkildə cavab verəcək və onu susduracaq. Belə ki, onlar start nöqtələrindən çıxan kimi məhv ediləcək. “Dəmir günbəz” dünyada yeganə sistemdir ki, bütün tip raketləri məhv edə bilir”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024