Neft Fondunun 2016-ci il üçün büdcəsi təsdiqləndi
Tarix: 24-06-2015 | Saat: 17:47
Bölmə:Siyasət / Seçilənlər-5 / Manşet | çapa göndər
İlham Əliyev sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-ci il büdcəsi haqqında sərəncam imzalayıb.
Aia.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-ci il büdcəsinin gəlirləri 12 731 016,7 min manat, xərcləri isə 10 117 207,4 min manat məbləğində təsdiq edilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlir mənbələri-Gəlirlərin məbləği (min manat)
1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) - 12 319 846,6
2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər - 1 661,1
3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər - 8 910,2
4. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) - 13 344,3
5. Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər - 387 204,8
6. Digər gəlirlər və daxilolmalar - 49,7
Cəmi - 12 731 016,7
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin xərcləri isə aşağıdakı məqsədlərə yönəldilir:
Xərc istiqamətləri-Xərclərin məbləği (min manat)
1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 299 998,2
2. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinə transfert - 9 337 000,0
3. Samur- Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi - 80 220,9
4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi - 57 040,3
5. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi - 33 493,7
6. Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi - 223 538,3
7. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi - 39 999,3
8. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər - 45 916,7
Cəmi - 10 117 207,4
Dövlət başçısı bu fərmanla "Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2016-cı ildə istifadəsinin əsas istiqamətləri (proqramı)" və "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası"nı təsdiq edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024