Ramil Usubov Almaniyada səfərdədir
Tarix: 22-02-2017 | Saat: 13:32
Bölmə:Gündəm | çapa göndər
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Berlin şəhərində keçirilən 20-ci Avropa Polis Konqresində iştirak etmək üçün fevralın 20-dən Almaniya Federativ Respublikasında işgüzar səfərdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 21-də öz işinə başlayan tədbiri giriş sözü ilə Almaniya Federativ Respublikasının daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos açıblar. Builki mövzusu "Sərhədsiz Avropa? Azadlıq, mobillik və təhlükəsizlik” olan tədbirin konfrans çərçivəsində keçirilən panellərində terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.
Hər il keçirilən, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan bu mötəbər beynəlxalq forumda dünyanın bir çox dövlətlərinin daxili işlər nazirləri, Avropa İttifaqının məsul nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri iştirak edirlər.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ