Novruz Məmmədov: Dünya birliyinin səmimiliyi harada qaldı?!
Tarix: 22-02-2017 | Saat: 12:46
Bölmə:Siyasət / Manşet | çapa göndər
"Son 200-300 il ərzində regionda aparılan siyasət Azərbaycan əleyhinə yönəlib, Azərbaycan torpaqları işğal edilib, soydaşlarımız öz doğma yurdlarından didərgin düşüblər".
AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda beynəlxalq konfransda çıxışı zaman deyib.
N.Məmmədov qeyd edib ki, bu siyasətin davamı olaraq Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib, Ermənistandan 250 min azərbaycanlının qovulması və Azərbaycanda yaşayan insanların öz doğma yurdlarından didərgin düşməsi nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün yaranıb.
PA rəsmisi bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə hektar münbit torpaqlarımız var və Azərbaycan o torpaqlardan istifadə edib öz iqtisadiyyatını inkişaf etdirə bilmir:
"Bu ərazilərdə məscidlər, qəbristanlıqlar dağıdılıb. Bunların mənəvi zərərini qiymətləndirmək mümkün deyil. Dünya birliyi niyə bir milyondan artıq əhalinin fundamental hüquqlarının pozulması haqqında danışmır?! Bəs bunların səmimiliyi harada qaldı?! Biz indi onlara necə inana bilərik?! Azərbaycanın ərazi bütövlüyü pozulub. Bunu bütün beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər qəbul edirlər, ancaq heç bir tədbir görmürlər. Ermənistana qarşı sanksiyalar tətbiq edilə bilinərdi, ancaq bu barədə düşünən yoxdur. Onlar ancaq öz maraqlarını güdürlər, iqtisadi, siyasi və geosiyasi maraqlarını güdürlər".
N.Məmmədov deyib ki, Azərbaycan dünyanın geosiyasi baxımdan mühüm bir hissəsində, böyük dövlətlərin maraqlarının toqquşduğu regionda yerləşir:
"Ona görə də müəyyən təzyiqlərə məruz qalırıq. Ancaq bütün bu təzyiqlərə, 25 il müharibə şəraitində olmağımıza baxmayaraq, Azərbaycan həm siyasi baxımdan, dünyanın enerji təhlükəsizliyini təmin etməklə, həm də idman sahəsində beynəlxalq aləmə böyük töhfələr verir".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024